...

Orta məktəblərin attestat qiymətlərində şişirtmələrə yol verilir- Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri

Cəmiyyət Materials 29 Yanvar 2008 10:33 (UTC +04:00)
Orta məktəblərin attestat qiymətlərində şişirtmələrə yol verilir- Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri

Azərbaycan, Gəncə, 29 yanvar / Trend müxbir V. Məmmədov/ Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hesab edir ki, orta məktəblərin attestat qiymətlərində şişirtmələrə yol verilir. "Komissiya tərəfindən attestatın həmısı əla qiymət olan 3560 məzunun siyahısı hazırlanıb və siyahı araşdırılması üçün Təhsil Nazirliyinə təqdim olunacaq" bazar ertəsi TQDK-nın sədri Məleykə Abbaszadə Gəncədə keçirilən regional müşavirədə bildirib.

TQDK bir neçə dəfə orta məktəblərdə attestatlarda qiymətlərin şişirdildiyi barədə ittihamla çıxış edib. Təhsil Nazirliyi bu ittihamlarla razılaşmır. Son tələbə qəbulu zamanı Mingəçevir şəhəri abuturiyentləri yüksək nəticələr əldə ediblər. İkinci yerdə Göyçay, üçünçü yerdə isə Gəncə abuturiyentləridir.

Abbaszadə deyib ki, ilkin araşdırmalara görə, attestatı əla olanların10 faizi öz qimətlərini təsdiqləyir. Onun sözlərinə görə, qərb bölgəsinin orta məktəblərində yuxarı siniflərdə oğlanlar arasında davamiyyət aşağıdır. Ona görə də ali məktəblərə sənəd verənlər arasında həmin bölgənin say göstəriciləri aşağıdır.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti