...

Azərbaycanın ombudsmanı beynəlxalq təşkilatları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına səy göstərəməyə çağıracaq

Cəmiyyət Materials 2 Fevral 2008 12:13 (UTC +04:00)
Azərbaycanın ombudsmanı  beynəlxalq təşkilatları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına səy göstərəməyə çağıracaq

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir C.Babayeva / Azərbaycanın ombudsmanı Elmira Süleymanova beynəlxalq təşkilatları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına səy göstərəmyəə çağıracaq. Ombudsman bu çağırışla fevralın 9-dan -13-dək Seulda keçiriləcək dünya Sülh Sammitində çıxış edəcək,-- şənbə günü Ombudsman aparatından bildirilib.

Ombudsman sammit iştirakçılarına erməni təcavüzkarlığı haqqında məlumat vercək.

Ermənistanın təcavüzkarlığı nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub və bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Sammitdə 190 ölkədən dövlət və ictimai xadimlərin, beynəlxalq təşkilatların ekspertlərinin, nüfuzlu hüquq müdafiəçilərinin iştirakı gözlənilir. Sammitin məqsədi - sülhün qorunması istiqamətində səylərin birləşdirilməsi, sülhün bərpa edilməsində müxtəlif xalqların baxışlarının öyrənilməsi, dövlətlərin hərbi xərclərə maraqdan uzaqlaşdırılmasıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ,ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti