...

Azərbaycan Teleradio Şurası telekanallarda türk dilində filmlərin yayımı ilə bağlı monitorinqin nəticələrini açıqlayıb

Cəmiyyət Materials 5 Fevral 2008 11:58 (UTC +04:00)
Azərbaycan Teleradio Şurası telekanallarda türk dilində filmlərin yayımı ilə bağlı monitorinqin nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) ölkə telekanallarında türk dilində filmlərin (bədii, sənədli) yayım vaxtı ilə bağlı monitorinqin nəticələrini açıqlayıb. "Azərbaycan telekanallarında türk dilində filmlər həftə ərzində -168 saat efir vaxtının 12-14 saatı həcmində yayımlanır " çərşənbə axşamı Trend ə MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

Teleradio Şurası yanvarın 1-dən telekanallarda əcnəbi dilində filmlərin (bədii, sənədli) yayımına qadağa qoyub. Türk dili başa düşülən olduğundan, bu dildə filmlərin məhdudiyyətlə yayımına icazə verilib. Ancaq tədricən türk dilində də filmlərin yayımı aradan götürülməlidir.

Məhərrəmli deyib ki, həftə ərzində telekanallarda 10-12 saat ərzində türk dilində filmlərin yayımı hələ ki normaldır, ancaq MTRŞ hesab edir ki, ilin sonuna kimi filmlərin hamısı ana dilində yayımlanmalıdır. Onun sözlərinə görə, filmlərin ana dilində dublyaj edilməsinə dövlət yardımı edilməlidir.

MTRŞ filmlərin dublyaj edilməsinə maliyyə yardımı edilməsi üçün Azərbaycan hökumətinə təkliflər zərfi təqdim edib.

Xəbər lenti

Xəbər lenti