...

8 martda mənim də xanımlara sürprizim var- Elşad Xose

Cəmiyyət Materials 5 Fevral 2008 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral /müx. TrendLife Şahin Cavadsoy

Məhbəs həyatından sonra həyatında yeniliklər baş verən reper Elşad Xose də gündəmdə bomba partlatmağa hazırlaşır. Sürprizindən TrendLife-a danışan Elşad, gerçəkləşdirmək fikrində olduğu layihəsi barəsində bunları söylədi: "Demirəm ki, dağı-dağ üstünə qoyub, bütün həmkarlarımı geridə qoyacam. Sadəcə, yerli rep dünyasında olan durğunluğu nəzərə alıb, konsert təşkil etməyi düşünürəm. Yəqin bu xəbərim xanım pərəstişkarlarımın ürəyincə olacaq. Çünki, yeni layihəmi 8 mart Beynəlxalq Qadınlar Günündə keçirməyi planlaşdırıram. Odur ki, əsasən xanımlar məndən sürpriz gözləsinlər. Amma "yalnız xanımlar üçün" adıyla keçirəcəyim konsertdə kişilər də iştirak edə bilərlər".

Xəbər lenti

Xəbər lenti