...

Xocalı faciəsinə həsr olunan "İbadət" filmi nümayiş etdiriləcək

Cəmiyyət Materials 6 Fevral 2008 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral /müx. TrendLife Eldar Hüseynzadə/

Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar "İbadət" adlı yeni filmin çəkilişləri başa çatıb. Film dövlət sifarişi ilə lentə alınıb. Bu haqda TrendLife-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva məlumat verib verib. 12 dəqiqəlik film müxtəlif dillərə tərcümə olunub. Fevralın 26-da Xarici İşlər Nazirliyi bu filmi Azərbaycanın xarici ölkələrdəki səfirlikləri vasitəsilə ölkədən kənarda nümayiş etdirəcək. Bundan əlavə, əsəri bütün kanallar göstərəcək. Filmin rejissoru Ziya Şıxlinski, ssenari müəllifi Yusif Şeyxov, operatoru Rafiq Quliyevdir.

Xəbər lenti

Xəbər lenti