...

Olimpiada-2012-dək Oyunların proqramında dəyişiklik olmayacaq – BOK prezidenti

Cəmiyyət Materials 6 Fevral 2008 20:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir Z.Səfərov / Oyunların proqramında əsaslı dəyişikliklər Londonda keçiriləcək Olimpiada-2012-yə qədər baş verməyəcək.

Trend in verdiyi məlumata görə, jurnalistlərlə görüş zamanı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti etiraf edib ki, bu məsələ gündəmdə deyil. "Düşünürəm ki, Olimpiada-2016-da əsaslı dəyişikliklər olmayacaq", - BOK başçısı hesab edir.

Bakı səfərinin təəssüratlarını bölüşən Roqqe qeyd edib ki, Heydər Əliyev adına İdman Konsert Kompleksinə, "Musado" taekvondo Mərkəzinə və Xokkey kompleksinə baş çəkib. "Mən dağ xizək yolunun tikintisi planı ilə də tanış oldum. Obyektin özünü görməsəm də, onu çox bəyənmişəm. Hər halda, ölkədə idmanın həm qış, həm də yay növlərinin tətbiq edilməsi çox önəmlidir", - Roqqe deyib.

Xəbər lenti

Xəbər lenti