...

Bakının ruhi-nevroloji xəstəxanasındakı vəziyyət normallaşıb – baş həkim

Cəmiyyət Materials 7 Fevral 2008 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral / Trend , müxbir S.Babayeva/ Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi-nevroloji xəstəxanada dünənki hadisə ruhi xəstələr arasında yaranmış münaqişə səbəbindən baş verib. Bu barədə cümə axşamı tibbi müəssisənin baş həkimi Həsən Rəsulov bildirib.

"Dava xəstəxananın üç pasiyenti arasında baş verib" - deyə baş həkim bildirib.

Bakı şəhər prokurorluğunun məlumatına görə, fevralın 7-də yerli vaxtla gecə saat 3-dən 7-dək xəstəxanada stasionar müalicə alan bir qrup xəstə tibbi müəssisənin şüşələrini və texniki avadanlıqlarını sındırıb. Prokurorluqdan hədisənin səbəbi kimi xəstələrin işıqların sönməsinə etiraz etmələri göstərilib.

Xəstəxana əməkdaşları tərəfindən hadisə yerinə xüsusi təyinatlı polis dəstələri çağırıldıqdan sonra vəziyyəti normallaşdırmaq mümkün olub.

Xəstəxananın baş həkimi Rəsulovun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Analoji məlumatı prokrorluqdan da təsdiq ediblər.

"Xəstəxanadakı vəziyyət artıq stabilləşib" - deyə baş həkim vurğulayıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğu araşdırma aparır.

Xəbər lenti

Xəbər lenti