...

Mənim yaradıcılığım kimlərisə narahat edir -müğənni Xəyyam Nisanov

Cəmiyyət Materials 7 Fevral 2008 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /müx. TrendLife Türkan İmaməliyeva/

Xəyyam bu yaxınlarda yeni albomunu pərəstişkarlarının ixtiyarına verəcək. Adı hələ müəyyənləşməyən albom paralel olaraq rus və azərbaycan dillində hazırlanır. Müğənni bildirdi ki, albomda Vaqif Gərayzadənin, Gövhər Həsənzadənin mahnıları ilə yanaşı, xalq mahnıları da yer alacaq.         Maraqlandıq ki, Xəyyam həmkarlarının onun barədə dediklərinə necə reaksiya verir. Gənc müğənni "şou-biznesdə yalnız boş-bekar adamlar kimlərinsə dalınca danışmağı adət edirlər. Mənim barəmdə danışanları da qınamıram. Nə sənətləri var, nə də yaradıcılıqları. Nə ilə məşğul olsunlar? Kompüterin klaviaturasında probel deyilən bir düymə var. Belə insanların fikirlərini boşluq kimi hesab edirəm. Görünür, mənim yaradıcılığım kimlərdəsə narahatçılıq yaradır"- söylədi.

Xatırladaq ki, Xəyyam təkcə Azərbaycanda deyil, ölkədən kənarda da Azərbaycan musiqisinin, dilinin təbliği ilə məşğul olur. Bu fikirləri müğənninin özü söylədi. O, bildirdi ki, son dövrlər Avstriyadan, İsraildən, Rusiyanın bir çox şəhərlərindən dəvət alır və iştirak etdiyi bütün mərasimlərdə Azərbaycan musiqisini təbliğ edir; "Məsələ burasındadır ki, mən xarici ölkələrdə olarkəntəkcə Azərbaycan dilində oxumuram, eyni zamanda, həmin mərasimin aparıcısı ilə də Azərbaycan dilində danışıram. Baxmayaraq ki, mən bir neçə xarici dildə danışmağı bacarıram, düşünürəm ki, Azərbaycanı təmsil edirəmsə öz dilimdə danışmalıyam".     Məlumat üçün onu da qeyd edək ki, Xəyyam solo konsert proqramı üzərində çalışır. Bu səbəbdən də o, repertuarında yeniliklər etməyə hazırlaşır. Yay mövsümündə sənətçi maraqlı konsert proqramı ilə çıxış edəcək.  

Xəbər lenti

Xəbər lenti