...

Jurnalistlərin həbsdə olması ölkə üçün daha təhlükəlidir – AŞPA-nın həmmərüzəçisi

Cəmiyyət Materials 7 Fevral 2008 20:15 (UTC +04:00)

Azərbaycan,Bakı, 07 fevral/ Trend , müxbir K. Ramazanova.Jurnalistlərin həbsdə olması ölkə üçün daha təhlükəlidir,-- cümə axşamı Bakıda AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel mətbuat konfransında deyib.

Ötən ilinin sonunadək Azərbaycanda doqquz jurnalist həbs olunub, onların səkkizinə məhkəmənin qərarı ilə hökm oxunub. Ötən ilin sonunda Azərbaycan prezidentinin imzaladığı əfv fərmanına əsasən, Fərəməz Allahverdiyev, Samir Sədaqətoğlu, Rafiq Tağı, Rövşən Mahmudov (Kəbirli), Yaşar Ağazadə azadlığa buraxılıblar.

"Yaxşı olar ki, jurnalistlər ölkə haqqında tənqidi məqalələr yazsın, nəinki həbs olunsunlar". - Herkel hesab edir.

Xəbər lenti

Xəbər lenti