...

Azərbaycanın ağır atletika komandası İranda keçiriləcək turnirə hazırlaşır

Cəmiyyət Materials 8 Fevral 2008 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın ağır atletika komandası fevralın 12-də İranda keçiriləcək "A" kateqoriyalı beynəlxalq turnirdə iştirak edəcək.

Yarışda Zülfüqar Süleymanov ( 62 kq), Əfqan Bayramov, Asif Məmmədov (hər ikisi 69 kq), Namiq Cəmilov ( 77 kq), İntiqam Zairov, Ziyad Durmuşyev (hər ikisi 84 kq), Rövşən Fətullayev ( 94 kq) və Aydın Məmmədov (+ 105 kq) çıxış edəcək. Yarış zamanı məşqçi qərargahı ölkənin birinci yığmasının namizədləri ilə yanaşı, həm də ehtiyat oyunçuları yoxlamadan çıxaracaq ki, bu da Pekin Olimpiadası üçün heyətin müəyyən olunmasına kömək edəcək.

Kollektivin Rusiyada keçirilən iki həftəlik təlim-məşq toplanışları bu yaxınlarda başa çatıb. Burada həmçinin digər ölkə yığmaları da iştirak edib.

Xəbər lenti

Xəbər lenti