...

Teatr direktorları üçün master klass təşkil olunacaq

Cəmiyyət Materials 8 Fevral 2008 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 fevral /müx. TrendLife Eldar Hüseynzadə/

Fevralın 12- 14-də Bakıda teatr markentiqi üzrə beynəlxalq master-klass keçiriləcək. Bu haqda TrendLife-a Akademik Milli Dram Teatrının bədii hissəsinin rəhbəri Şaiq Səfərov məlumat verib. Tədbirdə Bakıdakı teatrların direktorları iştirak edəcəklər. Seminarı Gürcüstan İncəsənət İnstitutunun professoru Levan Xetaquri və Litva Dram Teatrının xarici qastrollar üzrə meneceri Audra Zukaytite aparacaqlar. Seminarlar interaktiv şəkildə həyata keçiriləcək. Master-klassda hər bir teatr direktoru öz səhnəsində qurulmuş tamaşanın marketinq planını təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti