...

Elza Seyidcahanın yeni albomu çıxıb

Cəmiyyət Materials 9 Fevral 2008 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 fevral /müx. TrendLife Safura/

Müğənni Elza Seyidcahanın təzə işıq üzü görən 15 mahnıdan ibarət "Gecə beşin yarısı" adlı albomunda "Maşın" adlı mahnı yer alıb. Elza xanımın TrendLife-a verdiyi məlumata görə, bu mahnını dəfələrlə ondan ifa etməyi istəyiblər. Pərəstişkarlarının arzusunu həyata keçirməyi özünə borc bilən müğənni bu işin öhdəsindən gəlib. Gecələr avtomobil idarə edənlər və "Maşın" mahnısını çox sevən "avtoşlar" bundan sonra elə sükan arxasında bu mahnını dinləyə biləcəklər.

Xəbər lenti

Xəbər lenti