...

"Vur çatlasın!" pərəstişkarlarını yeni sürprizlər gözləyir - layihənin rəhbəri Aygün Ayan Azəri

Cəmiyyət Materials 9 Fevral 2008 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 fevral /müx. TrendLife Cavid Osmanov/

Bir çox populyar telelayihələrin, ictimai tədbir və aksiyalarının müəllifi, rejissor və prodüseri Aygün Ayan Azəri "Vur çatlasın!" telelayihəsinin tezliklə yeniləşəcəyindən xəbər verdi. Müəllif belə düşünür ki, yerli formalaşmış şou-biznes aləmi olduqca bəsitdir. Bu bəsitliyi eyni formatda, aspektdə təqdim edənlərin yəqin ki, maraq dairəsi, yaradıcılıq fantaziyası da geniş deyil. Məlum məsələdir ki, istedadlı insanlar daim yeniliyə, fantaziyaya, bacarığa, yaradıcılığa üstünlük verirlər. Təbii ki, bu dəyişiklikləri əldə etmək üçün yaradıcı qrup çalışmalıdır, sonra isə daha bir yeni sürprizlə tamaşaçıların qarşısına çıxmalıdır. Odur ki, "Vur çatlasın!" sevərlər səbirli olsun, çünki onları daha da maraqlı "Vur çatlasın!" gözləyir. Maraqlananlar yeniliklərdən Trend.az və ya Xatun.az saytında xəbər ala bilərlər.

Xəbər lenti

Xəbər lenti