...

Azərbaycanın futbol üzrə yığma komandası avqustda İslandiya ilə oynayacaq

Cəmiyyət Materials 11 Fevral 2008 20:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir Z.Səfərov / Azərbaycanın futbol üzrə yığma komandası dünya çempionatı -2010 seçmə turnirinə hazırlıq çərçivəsində yoldaşlıq görüşü üzrə daha bir rəqibini müəyyən edib.

Trend in verdiyi məlumata görə, AFFA, İslandiyalı həmkarları ilə avqustda iki ölkə komandaları arasında yoxlama oyununun keçirilməsinə dair razılıq əldə edib. Lakin hələ ki, görüşün təşkil olunacağı yer məlum deyil. Görüş həm Bakıda, həm də Reykyavikdə keçirilə bilər. Bu görüş, sentyabrda başlanan kvalifikasiya kampaniyası ərəfəsində sonuncu olacaq. Azərbaycanın yığma komandası martda Litvaya, iyunda Andorraya qarşı səfərdə yoldaşlıq oyunları keçirəcək.

Bu il Azərbaycanın yığma komandası Coko Hacıyevskinin himayəsi altında qazaxlara qarşı yoldaşlıq görüşündə heç-heçə - 0:0 oynayıb.

Xəbər lenti

Xəbər lenti