...

Azərbaycan Dövlət Dram Teatrında Aqata Kristinin "Tələ" tamaşası hazırlanır

Cəmiyyət Materials 14 Fevral 2008 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral /müx. TrendLife Eldar Hüseynzadə/

Yaxın zamanda Azərbaycan Dövlət Dram Teatrında Aqata Kristinin məşhur pyesi "Tələ" tamaşasının məşqlərinə başlanacaq. Bu haqda TrendLife-a teatrın direktoru Maqbet Bünyadov xəbər verib. Tamaşanın rejissoru Əsgər Əsgərovdur. Əsas rollarda isə xalq artistləri Ramiz Novruzov, Nurəddin Mehdixanlı, aktyorlar Elxan Quliyev, Rəşid Rzayev, Nuru Quliyev çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti