...

Azərbaycan Opera və Balet Teatrı "Min bir gecə"ni Türkiyədə təqdim edəcək

Cəmiyyət Materials 16 Fevral 2008 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral /müx. TrendLife Eldar Hüseynzadə/

Opera və Balet Teatrı Türkiyəyə qastrol səfərinə hazırlaşır. Teatrın mətbuat xidmətindən TrendLife-a verilən məlumata görə, bu təklif "Film Produksiyon Organizasiyon" türk şirkətindən gəlib. Həmin şirkət Türkiyədə mədəniyyət və incəsənət sahəsində iri layihələrlə məşğul olur.

Məhz onların layihəsi əsasında da bizim teatr kollektivi fevralın 29-da Türkiyədə Fikrət Əmirovun "Min bir gecə" əsərini təqdim edəcəklər. Qastrol səfərinə xalq artisti Mədinə Əliyeva, əməkdar artistlər Kamilə Hüseynova, Yuriy Lobaçov, İslam İslamov, Samir Səmədov, Tamilla Məmmədzadə yollanacaqlar.

Xəbər lenti

Xəbər lenti