...

AFFA yığmanın yeni baş məşqçisini hələ müəyyən etməyib

Cəmiyyət Materials 25 Fevral 2008 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / " , müxbir Z.Səfərov/ Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi Coko Haciyevski müqaviləsi başa çatana qədər komandaya rəhbərlik edəcək.

AFFA İcraiyyə Komitəsi "Milli"nin yeni məşqçisinin təsdiq edilməsi məsələsinə hələ toxunmayıb. Bu, Assosiasiyanın adı çəkilən vəzifəyə uyğun məşqçi axtarışlarını davam etdirməsi ilə əsaslandırılır. Futbol İdarəsi dörd mütəxəssislə danışıqlar aparır. Onların adları hələki açıqlanmır. Yalnız bir şey məlumdur ki, onların hazırkı komandaları ilə müqavilələri mövcuddur.

Eyni zamanda, tam olaraq ehtimal olunur ki, hazırkı məsələ AFFA-nın mart ayında keçiriləcək hesabat-seçki konfransından sonra həll olunacaq. Konfransda təşkilatın yeni prezidenti seçiləcək.

Xəbər lenti

Xəbər lenti