...

"Mozalan" satirik jurnalı beynəlxalq mükafata layiq görülüb

Cəmiyyət Materials 25 Fevral 2008 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral /müx. TrendLife Eldar Hüseynzadə/

"Mozalan" satirik televiziya jurnalı beynəlxalq mükafata layiq görülüb. Bu haqda TrendLife-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov xəbər verib. Mükafatın rəsmi təqdimatı gələn ay Afinada təşkil olunacaq. Xatırladaq ki, keçən ildən etibarən "Mozalan" yeni həyata başlayıb. Jurnalın rəhbəri Orxan Fikrətoğludur. Yeni çəkiliş komandası bir neçə yeni nömrələr çəkib ki, bu yaxınlarda televiziya kanallarının birində nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti