...

Nadir Qafarzadənin səfərinə siyasi don geyindirilib

Cəmiyyət Materials 28 Fevral 2008 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral /müx. TrendLife Günel Əhmədova/

Azərbaycan diasporunun dəvəti ilə İsraildə səfərdə olan müğənni Nadir Qafarzadə haqqında xoşagəlməz fikirlər dolaşır;guya fevralın 26-da - Xocalının işğalı günü müğənni orada konsert proqramı ilə çıxış edib. Müğənninin səfərdə olduğunu nəzərə alıb, TrendLife-ın müxbiri onun mətbuat əlaqələndiricisi Mətanət Şamilqızı ilə görüşdü. Məsələyə müğənninin dilindən aydınlıq gətirilməsi üçün mətbuat katibi yanımızdaca N.Qafarzadə ilə telefon bağlantısı yaratdı. Xəbərləri təkzib edən müğənni bunları söylədi:"Fevralın 26-sı diasporun xəttilə İsraildə keçirilən məlum hadisələrin anım günü mərasimlərində iştirak etmişik. Burada nə konsert olub, nə də şadyanalıq. Ayın 27-də isə, azərbaycanlılardan birinin restoranının açılışı olub. Mən həmkarım Ruhəngiz Allahverdiyeva ilə birlikdə orada qonaq qismində iştirak etmişik. Məclisin sonuna yaxın i hərəmizin ifasında bir mahnı səsləndirilib".

Səfərinin bu bazar günü yekunlaşacağını diqqətə çatdıran müğənni onun səfərinə siyasi don geynidirənlərə "ayıb olsun" dedi.

Xəbər lenti

Xəbər lenti