...

Ombudsman Aparatı əməkdaşları İstintaq təcridxanasında olublar

Cəmiyyət Materials 28 Fevral 2008 20:57 (UTC +04:00)

Azərbaycan,Bakı, 28 fevral/ Trend / Ombudsman Aparatı Çevik araşdırma qrupunun üzvləri cümə axşamı Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 1 saylı istintaq təcridxanasında olub, Ombudsmana müraciət etmiş saxlanılan şəxslərlə görüşüblər,-İnsan Hüquqları üzrə Müvəkkil Aparatının mətbuat xidmətindən Trend a verilən məlumatda deyilir. Həmin şəxslər saxlanma şəraiti və rəftardan şikayətlənməyiblər. Şikayətlənənlər , əsasən, barələrində istintaqın qeyri-obyektivliyindən, məhkəmə qərarlarından narazı olduqlarını bildiriblər. Müvəkkil Elmira Süleymanova araşdırmalar və şikayətlərlə bağlı Baş prokurorluğa müraciət edib.

Xəbər lenti

Xəbər lenti