...

Xarici ölkələrdən sığınacaq istəyən azərbaycanlıların əksəriyyəti özlərini erməni kimi təqdim edirlər – Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 29 Fevral 2008 13:52 (UTC +04:00)
Xarici ölkələrdən sığınacaq istəyən azərbaycanlıların əksəriyyəti özlərini erməni kimi təqdim edirlər – Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 29 fevral / Trend , müxbir S.İlhamqızı/ Xarici ölkələrdən sığınacaq istəyən azərbaycanlıların əksəriyyəti ad-soyadlarını və milliyyətlərini dəyişdirərək özlərini erməni kimi təqdim edirlər. Trend in məlumatına görə, bu fikirləri Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov cümə günü keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sığınacaq istəyən və özlərini erməni kimi təqdim edənlər guya erməni olduqlarına görə Azərbaycanda sıxışdırıldıqlarını iddia edirlər: "Xaricdən sığınacaq istəyənlər öz konyuktuor maraqlarını güdürlər. Yalandan öz dövlətini, millətini satan insanların elə Azərbaycana qayıtmamağı daha yaxşıdır"-deyə İbrahimov bildirib.

Komitə sədrinin sözlərinə görə, saxta sənədlərlə xarici ölkələrə gedən şəxslər barədə araşdırmalar aparılır və onların əksəriyyəti həmin ölkələrdən çıxarılır.

İbrahimov qeyd edib ki, Azərbaycanda siyasi təqiblər yoxdur, çoxlu sayda müxalifət partiyaları fəaliyyət göstərir, mütəmadi olaraq yeni qəzetlər açılır, mətbuatda kifayət qədər tənqidi yazılar dərc olunur.

Xəbər lenti

Xəbər lenti