Azərbaycan, Bakı, 29 fevral /müx. TrendLife Safura/
Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət xalq çalğı alətləri orkestri Səlyan rayonunun Mədəniyyət sarayında martın 4-də konsert proqrammı ilə çıxış edəcək. Səlyanlılar orkestrin müşayiəti ilə əməkdar artist Faiq Ağayevin ifasında bəstəkar və xalq mahnılarını da dinləyə biləcəklər. Faiq Ağayevlə bərabər, Almaz Orucova, Zakir Əliyevin də nəzərdə tutulub.