...

Əməkdar artist Baloğlan Əşrəfov pulsuz konsert verəcək

Cəmiyyət Materials 29 Fevral 2008 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral /müx. TrendLife Şahin Cavadsoy/

Baloğlan Əşrəfov doğulub boya-başa çatdığı Masallı rayonunda konsert proqramı ilə çıxış edəcək. Yeni konsert proqramı haqqında TrendLife-a danışan əməkdar artist, həmyerlilərini Novruz bayramı ərəfəsində sevindirmək niyyətində olduğunu da gizlətmədi: "Ötən il keçirdiyim cərrahiyyə əməliyyatından sonra "Yaşıl Teatr"da böyük konsertlə paytaxtda yaşayan pərəstişkarlarımın görüşünə gəlmişdim. İndi isə söz verdiyim ikinci konsertin vaxtı yetişib. Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə martın 18-də rayon mərkəzində yerləşən sarayda keçirilməsi nəzərdə tutulan konsertə giriş pulsuz olacaq. Hava şəraiti imkan versə, bu tədbiri açıq səma altında keçirməyi də düşünürəm. Odur ki, masallılar gözləsinlər".

Xəbər lenti

Xəbər lenti