Bədii gimnastika üzrə Moskva Qran prisində azərbaycan qrasiyaları uğurla çıxış ediblər. Rusiyanın paytaxtında martın 1-2 keçirilmiş Qran prinin ilk mərhələsində Aliya Qarayeva fəxri kürsüyə qalxmışdır. O halqa ilə çıxışında ikinci olmuşdur.
Qran prinin yekun nəticələri: halqa - Olqa Kapranova (RF), Aliya Qarayeva (Аzərbaycan), İnna Jukova (Belarus); ip - Kapranova, Еvgeniya Kanayeva (RF), Jukova; Gürz - Aliya Yusupuva (Qаzаxstаn), Каnayeva, Vera Sesina (RF); lent - Sesina, Kapranova, Jukova.