...

Azərbaycanın rəqs incəsənətinə töhfəsi beynəlxalq ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilməlidir – Enn Dörsi

Cəmiyyət Materials 11 Mart 2008 21:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart/ Trend , müxbir K.Ramazanova/ Azərbaycanın rəqs incəsənətinə töhfəsi beynəlxalq ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilməlidir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi Bakıda "Batteri-dans" Amerika rəqs qrupunun təqdimatında bildirib. "Bildiyiniz kimi, Azərbaycan dünya, o cümlədən müsəlman xoreoqrafiyasına böyük töhfə verib. Azərbaycan 1940 - cı ildə müsəlman Şərqində ilk dəfə olaraq "Qız qalası" baletini yaradıb", - səfir bildirib.

Onun sözlərinə görə, qrupun çıxışı Azərbaycanın mədəni həyatının bir hissəsi olan baletə daha böyük diqqət cəlb edə bilər.

Səfir əməkdaşlığa dəstək və rəqs qrupunun konsertinin təşkil edilməsinə görə, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıq edib.

Xəbər lenti

Xəbər lenti