...

Qəzənfər Abbasov Şirvanşaşlar Sarayında çıxış edib

Cəmiyyət Materials 13 Mart 2008 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /müx. TrendLife Günel Əhmədova /

Azərbaycan Milli Konservtaoriyanın müəllimi, xanəndə Qəzənfər Abbasov Şirvanşahlar Sarayında saat yarımlıq proqramla çıxış edib. TrendLife-ın məlumatına görə, xanəndə tədbirdə "Rast" muğam- dəstgahını və bir neçə muğam parçası ifa edib. Onu tarda Valeh Məmmədov, kamançada Toğrul Əsədullayev müşayiət edib.

Xatırladaq ki, Abbasov Asəf Zeynallı adına Musiqi Kollecində və Bülbül adına orta ixtisas musiqi məktəbində də çalışır. Nəriman Əliyevin yetirməsi olan Abbasov xanəndələr arasında pedaqoqluq fəaliyyəttnə görə dəfələrlə mükafatlara layiq görülüb.

Onun onlarla yetirmələri professional səhnələrdə çıxış edirlər. Heydər Əliyev adına Fondun təşkil tediyi Muğam Müsabiqələrində Abbasovun tələbələri böyük uğur qazanıblar.

Xəbər lenti

Xəbər lenti