...

Almaniyada Azərbaycan ili keçiriləcək

Cəmiyyət Materials 14 Mart 2008 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir C.Babayeva/ Almaniyada mart ayının sonlarında Azərbaycan ili keçiriləcək. Bu barədə Bakıda jurnalistlərə Azərbaycanın mədəniyyət və murizm naziri Əbülfəz Qarayev məlumat verib.

Azərbaycandan Almaniyaya numayəndə heyəti mart ayının 25-də yola düşəcək.

"İl ərzində Almaniyanın bütün şəhərlərində Azərbaycan mədəniyyəti xadimlərinin iştirakı ilə tədbirlər keçiriləcək" -deyə nazir bildirib.

Azərbaycan mədəniyyət xadimləri Almaniyadan Paris şəhərinə yola düşəcəklər. Onlar "Marten" teatrında Azərbaycan Demokratik Respublikasının (ADR) 90 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcəklər.

Azərbaycan prezidenti fevral ayının 15-də ADR-in yubileyi ilə əlaqədar sərəncam imzalayıb.

Nazir qeyd edib ki, xarici ölkələrdə mədəni tədbirlərin keçirilməsində bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan səfirliklərinin böyük dəstəyi var.

Xəbər lenti

Xəbər lenti