...

"Bakı" FK-nın qapıçısı "Neftçi"yə qarşı keçiriləcək oyunu buraxacaq

Cəmiyyət Materials 28 Mart 2008 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Bakı futbol klubunun əsas qapıçısı Xalidu Sissoko martın 29-da T.Bəhramov adına Resublika stadionunda Azərbaycan çempionatnın XIX turu çərçivəsində "Neftçi"yə qarşı keçiriləcək oyunu buraxmalı olacaq.

Trend in verdiyi məlumata görə, buna səbəb seneqallının diskvalifikasiya edilməsi olub. Bunun nəticəsində o, iki görüşü buraxmaq məcburiyyətində olacaq. Əslinə qalsa, o artıq bir qarşılaşmanı ehtiyyat oyunçular skamyasında keçirib və komanda X.Sissokosuz ötüşməyə məcburdur, həmçinin "Neftçi"yə qarşı prinsipial qarşılaşma zamanı. Belə ki, xal hər iki komandaya lazımdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Anatoli Demyanenkonun yetirmələri lider "Olimpik"i fədakarcasına təqib edir. Belə ki, "Neftçi" lider "Olimpik"dən dörd xal geridə qalır. "Bakı" isə altıncı mövqedə qərarlaşıb və komandanın ilk üçlüyə daxil olma şansları kifayət qədər dumanlı görünür.

Xəbər lenti

Xəbər lenti