...

Kiyevdə Azərbaycan xalqının Soyqırım qurbanlarının xatirəsi yad ediləcək

Cəmiyyət Materials 31 Mart 2008 13:03 (UTC +04:00)

Ukrayna, Kiyev, 31 mart / Trend müxbir  Z.Novosvitski/ Bu gün Kiyevdə Azərbaycan xalqının soyqırım qurbanlarının xatirəsi yad ediləcək. "Səməd Vurğun adına Kiyev kitabxanasında azərbaycanlıların soyqırımına həsr olunmuş konfrans keçiriləcək. Konfransda Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev, Ukrayna Azərbaycanlıları Konqresinin və diasporunın nümayəndələri iştirak edəcək" - Ukrayna azərbaycanlıları konqresinin sədri Akif Gülməmmədov Trend a məlumat verib.

Ukrayna Azərbaycanlıları Konqresinin  regional nümayəndəlikləri də Azərbaycan xalqının soyqırımına həsr olunmuş tədbirlər keçirəcək.

Azərbaycanda martın 31-i azərbaycanlıların Soyqırım günü kimi qeyd olunur. 1918-ci ilin martında S.Şaumyanın rəhbərliyi ilə hakimiyyəti ələ keçirən daşnaklar Azərbaycan xalqına qarşı amansız soyqırım törətmişlər.  Nəticədə mart-aprel aylarında Bakıda, Şamaxıda və başqa rayonlarda dinc əhali öldürülüb.  O dövrdə qardaş Türkiyə Azərbaycana kömək əlinin uzatdı və Azərbaycan əhalisini ermənilər tərəfindən addımbaşı törədilən qırğından xilas etdi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana  əsasən martın 31-i azərbaycanlıların Soyqırım günü kimi qeyd olunur.

Məqalənin müəllifi ilə bu ünvanda əlaqə saxlamaq olar: [email protected]

Xəbər lenti

Xəbər lenti