...

Dövlət orqanları əmin olmalıdır ki, ailədə insan hüquqları pozulmur - AŞ-nın Azərbaycandakı nümayəndəsi

Cəmiyyət Materials 31 Mart 2008 15:36 (UTC +04:00)
Dövlət orqanları əmin olmalıdır ki, ailədə insan hüquqları pozulmur - AŞ-nın Azərbaycandakı nümayəndəsi

Azərbaycan, Bakı, 31 mart / Trend ", müxbir İ.Əlizadə/ Avropa Şurası heçab edir ki, insan hüquqları təkcə cəmiyyətdə və həbsxanalarda deyil, ailələrdə də qorunmalıdır. "Dövlət orqanları əmin olmalıdır ki, ailədə insan hüquqları pozulmur, o cümlədən qadınlara qarşı heç bir zorakılıq baş vermir" deyə bazar ertəsi Azərbaycan Parlamentində "Ailə münasibətlərində zorakılıqdan qorunmanın hüquqi aspektləri" mövzusunda keçirilən dinləmələrdə AŞ-nın Bakı ofisinin rəhbəri Denis Bribosia bildirib.

2006-cı ildə AŞ tərəfindən qadınlara qarşı zorakılığın bütün növlərinin aradan qaldırılması ilə bağlı kampaniya başlayıb. Kampaniya bu il yekunlaşacaq. Aprel ayında kampaniyanın iştirakçısı olan ölkələr Vyanada gördükləri işlərlə bağlı hesabat verəcəklər. Azərbaycan da AŞ-nın bu kampaniyasında iştirak edib.

Avropa Şurası nümayəndəsi qeyd edib ki, Avropanın bütün ölkələrində qadınlara qarşı zorakılıq halları qeydə alınıb. "Fransada hər üç gündə bir qadın zorakılığın qurbanı olur", deyə Bribosia əlavə edib.

Xəbər lenti

Xəbər lenti