...

Belə getsə, ermənilər mill rəqs geyimlərimizi də mənimsəyəcək -- Xalq artisti Əminə Dilbazi

Cəmiyyət Materials 2 Aprel 2008 20:22 (UTC +04:00)

Azərbaycan, Bakı,02 aprel /müx. TrendLife Safura/

Xalq artsti Əminə Dilbazi bu gün solo rəqs edən rəqqasələrin geyimlərinin bərbad vəziyyətdə olduğundan şikayətini TrendLife müxbirinə bildirdi:

Bu gün rəqslərdə istifadə etdikləri geyimləri o qədər dəyişdirilblər ki, əsl Azərbaycan milli rəqsinə aid geyimlərdən əsər- əlamət qalmayıb. Rəqs eləmək azdır. Gözəl rəqqasə olmaq üçün Azərbaycanın tarixini, rəqsin tarixini bilmək vacibdir. Rəqsin tarixini bilən rəqqas geyimi də düzgün seçir. Əvvəllər Mədəniyyət müşavirəsi keçirilirdi. Hər şeyə fikir verirdilər. Baş örpəyindən tutmuş,ayaqqabılara, aksesuarlara qədər. Bədurə Əfqanlı nə qədər ki, sağ idi, rəqs geyimləri öz dəqiqliyini, tarixiliyini, gözəlliyini qoruyub saxlayırdı. O vəfat edəndən sonra hələ elə bir rəsam tapılmır ki, rəqs geyimlərinin eskizlərini tarixə uyğun çəkib, təqdim etsin"

Rəqqasələrin nəinki geyimlərini, rəqs hərəkətlərindəki dəyişiklikləri, qəribə yenilikləri, göbək hərəkətlərini görən xalq artisti, rəqqasə Əminə Dilbazi çox əsəbiləşdiyini deyərək,bu işdə yalnız televiziyaları günahkar bilir:

"Rəqqasələrdə günah yoxdur.Günah televiziyalardadır ki, onları efirə çıxararaq tamaşaçılara təqdim edirlər. Milli ənənələr qorunub saxlanılmalıdır. Belə getsə, bir müddətdən sonra ermənilər bizim Milli geyimləri də mənimsəyəndə ayılacağıq. Deyəcəyik bizimdir. Halbuki, hazırda özümüz başqa millətlərin Milli rəqs geyimlərindən oğurlayırıq. Araqçın, qollatı açıq geyimlər, qısa paltarlar. Azərbaycan rəqsində belə geyimlər olmayıb."

Milli ənənələri yüksək dəyərləndirən Əminə xanım bizim bu mövzuya toxunmağımızı Azərbaycan mədəniyyəti sahəsində atılan dəyərli addım adlandırdı. Hər bir Azərbaycanlının borcu milli dəyərlərimizi qorumaqdır.

Xəbər lenti

Xəbər lenti