Azərbaycan, Bakı, 03 aprel/ müx.Trend Life Günel Əhmədova/
Soprano ifaçısı Dinarə Əliyeva Nyu-Yorkda keçirilən festivalda iştirak edəcək. "Musiqili olimp" adlanan festival Nyu-Yorkun Karnegi-Holl zalında keçiriləcək. ƏliyevanınTrendLife-a bildirdiyinə görə, çıxışı aprelin 19-na təsadüf edəcək. Qeyd edək ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən olan müsabiqə qalibləri iştirak edəcəklər. Proqrama Şopen, Veber, Motsart və Çaykovski kimi klassiklərin əsərləri daxil edilib. Solistlər arasında azərbaycanlı həmyerlimizdən başqa, Xatiya Buniatişvili, Nikita Lyutikova, Mixay Marika və Sabola Zempleninin də adları var.