...

Azərbaycanda siyasi məhbus məsələsinin təhqiq edilməsi üçün Avropa Şurasının komissiyası yaradılacaq

Cəmiyyət Materials 7 Aprel 2008 14:18 (UTC +04:00)
Azərbaycanda siyasi məhbus məsələsinin təhqiq edilməsi üçün Avropa Şurasının komissiyası yaradılacaq

Azərbaycan, Bakı, 07 aprel/ " , müxbir K.Ramazanova/ Siyasi məhbus məsələsinin təhqiqatında Azərbaycan hökuməti ilə birgə iş üçün Avropa Şurasının xüsusi komissiyası yaradılacaq. Bu barədə bazar ertəsi Bakıda almaniyalı parlamentari, Avropa Şurası monitorinq komitəsinin keçmiş rəhbəri Edvard Lintner məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda siyasi məhbus məsələsini daha ətraflı yoxlamaq və "siyasi məhbuslar məsələsi üzrə Avropa Şurasının özünün meyarlarını müəyyən etmək lazımdır".

Azərbaycanın hüquq müdafiəçilərinin monitorinq qrupu siyasi məhbusların 35 nəfərdən ibarət siyahısını hazırlayıb və bu siyahı Avropa Şurası tərəfindən tanınıb. Azərbaycan prezidentinin əfv haqqında sonuncu fərmanından sonra onlardan altısı azad edilib.

Hökumət, parlament və QHT nümayəndələrindən ibarət Azərbaycanda insan hüquqlarının vəziyyətinin öyrənilməsi üzrə İşçi qrup da bu sənədi nəzərdən keçirmək üçün qəbul edib.

Lintner əlavə edib ki, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının gedişi üçün planlaşdırılımış Azərbaycan üzrə müzakirələr yaya qədər təxirə salınıb. "Bu siyasi məhbuslar məsələsi üzrə anlaşılmazlıqları aradan qaldırmaq üçün Azərbaycana vaxt vermək məqsədilə edilib", - deputat bildirib.

Rəsmi Bakı Azərbaycanda siyasi məhbusların olması ilə razılaşmır. "Azərbaycan siyasi məhbuslar haqqında Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib", - Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bazar ertəsi jurnalistlərə bildirib.

Xəbər lenti

Xəbər lenti