...

Azərbaycan cüdoçuları Ramil Qasımov və Kifayət Qasımova Olimpiadaya düşüb

Cəmiyyət Materials 11 Aprel 2008 19:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel / Trend , müxbir Z.Səfərov/ Azərbaycan cüdoçuları Kifayət Qasımova (57kq) və Ramil Qasımov ( 66 kq) Olimpiadaya vəsiqə qazanıblar.

Yarımfinal və təsəlliverici görüşlər ərəfəsində Lissabonda keçirilən Avropa Çempionatının ilk günündən açıq-aşkar məlum olub ki, idmançılar Avropa Cüdo İttifaqının (EJU) reytinqində ilk onluq (kişilər arasında) və ilk beşlikdə ( qadınlar arasında) yerlərini qoruyub saxlayacaqlar.Yaxın rəqiblər nəzəriyyə baxımından Kifayət və Ramilə çata bilərdi, lakin öz görüşlərində məğlub olublar, ona görə Azərbaycan idmançıları Oyun- 2008-ə düşmək məsələsini həll ediblər.

Qasımova "Avro-2008"in yarımfinalına çıxıb, Qasımov isə, rusiyalı Alim Qadanov ilə bürünc medal uğrunda mübarizə aparacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti