...

Səudiyyə Ərəbistanı növbəti həcc mövsümündə Azərbaycanın kvotasını artıra bilər

Cəmiyyət Materials 15 Aprel 2008 20:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel/ Trend , müxbir S.Ağayeva/ Səudiyyə Ərəbistanı növbəti həcc mövsümündə (zəvvarlıq) Azərbaycanın kvotasını ayıra bilər. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının həcc naziri Fuad bin Əbdüssəlam Əl-Farisi və nazirliyin digər rəsmi şəxsləri ilə bu məsələni müzakirə edir. Bu barədə çərşənbə axşamı Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən telefonla məlumat veriblər.

Ötən həcc mövsümündə Azərbaycana 6500 yer ayrılıb. Qafqaz Müsəlmanları İdarəsində bu il kvotanın artırılması imkanlarını nəzərdən keçirirlər. Səudiyyə tərəfinin cavabı şeyxülislamın danışıqlarının yekununda aydın olacaq.

Qafqazın dini lideri zəvvarların qaldıqları şəraiti, nəqliyyat və s.bağlı məsələləri müzakirə edir.

Həcc, yəni Məkkənin (Səudiyyə Ərəbistanı) ziyarəti İslamda beş əsas şərtindən biridir. Təhlükəsiz ziyarət üçün şərait varsa, hər bir müsəlmana həcc ziyarəti vacibdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti