...

Azərbaycanda icbari orta təhsil doqquz ilə endiriləcək

Cəmiyyət Materials 17 Aprel 2008 10:54 (UTC +04:00)
Azərbaycanda icbari orta təhsil doqquz ilə endiriləcək

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir İ.Əlizadə/ "Təhsil haqqında" yeni qanun layihəsinin Azərbaycanda icbari orta təhsilin on bir ildən doqquz ilə endirilməsi ilə bağlı maddəsi dəyişdirilməyəcək.

"Biz icrabi təhsilin doqquz ilə endirilməsini təkid edirik", -deyə çərşənbə günü jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və Təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev bildirib.

2007-ci ilin sonunda "Təhsil haqqında" qanun layihəsi birinci oxunuşda parlamentdə qəbul olunub. Deputatların əksəriyyəti icbari orta təhsilin doqquz ilə endirilməsinə etiraz ediblər.

"Birinci oxunuşdan sonra qanun layihəsində ciddi dəyişiklik edilməyib. Amma müzakirələr zamanı deputatlar tərəfindən verilən təkliflər və səsləndirilən iradların əksəriyyəti nəzərə alınıb. Ümid edirəm ki, parlamentin yaz sessiyasında qanun layihəsi qəbul olunacaq", -deyə Hacıyev bildirib.

Onun sözlərinə görə, qanunla bağlı əsas müzakirələr Maliyyə Nazirliyi ilə aparılır. Komissiya sədri bildirib ki, müzakirələr qanun layihəsinin maliyyə tutumlu maddələri ilə bağlıdır: "Müzakirələr davam edir. Müəyyən məsələlərlə bağlı ümumi məxrəcə gəlmişik".

Hacıyev bildirib ki, qanun layihəsində orta məktəb, texnikom və ali məktəblərdə işləyən müəllimlərə yaş məhdudiyyətinin tətbiq olunması nəzərdə tutulub: "Yaş həddini isə müvafiq icra hakimiyyəti müəyyənləşdirəcək. Lakin bu necə illər təhsil müəssələrində işləyən şəxslərin işdən çıxarılmasını nəzərdə tutmur. Burada müəyyən yaşdan sonra inzibati və pedoqoji vəzifə tutmağa məhdudiyyətin qoyulması nəzərdə tutulub".

Hazırda qüvvədə olan "Təhsil haqqında" qanun 1992-ci ildə qəbul olunub. 1995-ci ildən yeni qanun layihəsinin hazırlanmasına başlanılıb. Lakin parlament, Təhsil Nazirliyi və digər rəsmi sturukturlar arasında olan fikir ayrılığı qanun layihəsi ilə bağlı ortaq mövqeyə gəlməyə imkan verməyib. Ona görə də yeni qanun layihəsini qəbul etmək mümkün olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti