...

Azərbaycan hokkeyçiləri lisenziya turnirinin finalına vəsiqə qazanıblar

Cəmiyyət Materials 19 Aprel 2008 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət otüstü hokkey üzrə yığma komandası Bakıda keçirilən lisenziya turnirinin finalına vəsiqə qazanıb.

Trend in verdiyi xəbərə görə, son tur çərçivəsində Tahir Zamanın yetirmələri Ukrayna üzərində 5:0 hesablı inamlı qələbə qazanıblar. Artıq 7-ci dəqiqədə Zərifə Zeynalova fərqlənib, daha beş dəqiqədən sonra isə İnoya Cəfərova penaltini dəqiq yernə yertirib. Bundan sonra qol növbəsi Dilfuzə Mirzəliyevaya çatıb. Artıq fasiləyə qədər hər şey həll olunub. Buna baxmayaraq, rəqib oyunun gedişatını pozmağa çalışıb, lakin meydan sahibləri bu təşəbbüsün qaşısını alaraq oyunda qalib gələn tərəf olub. Belə olan halda komanda finalda İspaniya ilə qarşılaşacaq və Pekinə lisenziya uğrunda mübarizə aparacaq. Belə ki, lisenziyanı yalnız turnirin qalibi əldə edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend @trend.az

Xəbər lenti

Xəbər lenti