...

Müğənni İradə İbrahimovanın nişanlanması xəbəri təkzib olundu

Cəmiyyət Materials 24 Aprel 2008 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /müx. TrendLife Günel Əhmədova

KİV-də sürətlə müğənni İradə İbrahimovanın ailə quracağı xəbərləri dolaşır. Yayılan məlumtalarda müğənninin nişanladğı və Londonda yaşayan və peşəcə jurnalist olan həmyerlimizlə ailə quracağı deyilir.

Məsələyə aydınlıq gətirən müğənninin mətbuat katibi TrendLife-a bunları söylədi:

"İradə İbrahimovanın şəxsi həyatında heç bir dəyişiklik baş verməyib. Xəbərlər şaiyə əhəmiyyətlidir. Buna görə də, xəbərə müğənni şəxsən münasibətini bildirmək istəmir".

Mətbuat əlaqələndiricisinin sözlərinə görə, İradə xanımla ailə qurmaq məqsədi ilə ona elçi düşənlərin olduğu istisna edilmir. Lakin müğənni şəxsi həyatı ilə bağlı seçim etmədiyi üçün yayılan xəbərlər reall səslənmir.

Xəbər lenti

Xəbər lenti