...

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının gəlirləri iki dəfə artacaq

Cəmiyyət Materials 28 Aprel 2008 12:21 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının gəlirləri iki dəfə artacaq

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) 2007-2008-ci il futbol mövsümündə gəliri ilə xərci eyni olub. "Hesabat dövründə AFFA-nın xərci və gəliri 10 mln.350 min manat olub" bazar ertəsi qurumun hesabat seçki konfransında AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib.

Bu gün AFFA-da hesabat seçki konfransı keçirilib.

Abdullayev deyib ki, hesabat dövründə AFFA Azərbaycanın futbol üzrə milli yığmasında 4 mln.500 min manat xərcləyib. Onun sözlərinə görə, qurumun gəlirləri UEFA-nın layihələri, bilet satışları hesabına formalaşıb. AFFA prezidenti çıxışında növbəti ildə qurumun büdcəsinin iki dəfə artacağını proqnozlaşdırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti