Azərbaycan, Bakı, 29 aprel /müx. TrendLife Eldar Hüseynzadə/
Tez-tez ölkədən kənarda konsert proqramı ilə çıxış edən tanınmış dirijor Fəxrəddin Kərimov yenidən qastrol səfərinə hazırlaşır. Onun TrendLife-a verdiyi xəbərə görə, mayın 2-də Antaliya şəhərində Atatürk adına Türk Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış edəcək. Konsertdə Şostakoviçin, Çaykovskinin əsərləri səslənəcək.
Onu da qeyd edək ki, Fəxrəddin Kərimov uzun müddət Türkiyədə çalışıb. Hazırda isə Azərbaycan Dövlət Simfonik orkestrin dirijorudur.