...

Azərbaycanda əsgər yoldaşlarını zorlamaqda günahlandırılan əsgərlərə prokuror iş istəyib

Cəmiyyət Materials 29 Aprel 2008 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir T.Abbasov/ Əsgər yoldaşlarını zorlamaqda günahlandırılan əsgərlərə prokuror iş istəyib.

Çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə keçirilən prosesdə Ağdam rayonu ərazisindəki N saylı hərbi hissənin əsgərləri Ruslan Nuriyev və Vüqar Əliyevin məhkəmə prosesi keçirilib.

Seksual xarakterli zorakılıq hərəkətlərində və tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqda günahlandırılan əsgərlərin hər birinə prokuror 8 il azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş edib.

Təqsirləndirilənlər isə özlərini onlara elan olunan ittihamda günahkar bilməyiblər.

Məhkəmə prosesi qapalı keçirilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti