...

AFFA futbol üzrə yığma komandanı mükafatlandırıb

Cəmiyyət Materials 1 May 2008 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəhbərliyi az əvvəl Almaniyada keçirdiyi təlim-məşq toplanışından qayıdan futbol üzrə 17 yaşlılardan ibarət yığma komandanın üzvlərini mükafatlandırıb. Bu barədə cümə axşamı Trend a AFFA-nın mətbuat xidməti məlumat verib.

AFFA-nın inzibati binasında keçirilən görüşdə federasiyanın baş katibi Elxan Məmmədov yeniyetmə futbolçuların xarici klublarda oynaması üçün əllərindən gələni edəcəklərinə söz verib. "Almaniyada keçirilən oyunlarda özlərini yaxşı tərəfdən göstərən futbolçuların xarici klublarda çıxışını təmin etmək üçün AFFA rəhbərliyi bacardığını edəcək", baş katib əlavə edib.

Federasiya rəhbərliyinin Almaniyada uğurlu oyunlar keçirən 17 yaşlılardan ibarət yığmanın üzvlərinə hansı məbləğdə pul mükafatı verdiyi açıqlanmayıb.

Almaniyalı baş məşqçi Bernard Lippertin rəhbərlik etdiyi yeniyetmələr yığması təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirib. "Vehen" klubu ilə heç-heçə edən (1:1) yığma komanda "Ayntaraxt"la (3:0) və "Offenbax"la (2:1) oyunlardan qələbə ilə ayrılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti