Azərbaycan, Bakı, 06 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futzal üzrə çempionatında Naxçıvanın "Araz" komandası qızıl medallara sahib çıxıb. Bu barədə Trend a çərşənbə axşamı Azərbaycan Futzal Federasiyasının (AFF) vitse-prezidenti Ənvər Qafarov məlumat verib.
Sonuncu - 16-cı turda "Araz" "TT" ilə qarşılaşıb və rəqibini 9:1 hesabı ilə məğlub edib. Bununla da "Araz" tarixi ərzində dördüncü dəfə Azərbaycan çempionluğunu qazanıb.
Gümüş medalları "Qarabağ Veteranları Klubu", bürüncü isə "Sumqayıt" futzalçıları əldə edib.
Futzal üzrə Azərbaycan çempionatında 5 komanda iştirak edib.
Çempionatın bombardiri 42 qol vuran "Araz"ın oyunçusu Namiq Məmmədkərimov olub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]