...

Mən Tərlanı sevirəm –müğənni Röya Ayxan

Cəmiyyət Materials 7 May 2008 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /müx.TrendLife Şahin Cavadsoy/

Ötən həftə "Azəri Star-2008" müsabiqəsinin sona qalan 3 iştirakçısından biri olan Tərlan Musayev, münsif Röyanın sevgisi qarşısında mum kimi əriyir. Bu haqda TrendLife-ı Tərlanın özü məlumatlandırıb: "Şənbə günü canlı yayım bitdikdən sonra belə söz-söhbətlər yayıldı ki, guya Röya xanımın çağırışından sonra rəqiblərim toxunulmazlıq kartlarını mənə veriblər. Bu fikirlə qəti razılaşmıram. Çünki növbəti tura keçməyimin əsas səbəbi, ifamın yüksək səviyyədə olması ilə bağlıdır. Amma digər tərəfdən Röya Ayxan kimi sevgilim olsaydı...".

Xatırladaq ki, hələ seçim turlarından Röya, Tərlandan öz dəstəyini əsirgəmirdi. Sitat: " Tərlan Musayev çox gözəl oğlandır. Kim məni bəyənirsə, bu iştirakçıya dəstək olsun. Axı, mən Tərlanı sevirəm".

Sevgi macərasının hansı müstəvidə davam edəcəyini bu cümə günü "Lider TV"nin axşam efirində seyr etmək imkanınız olacaq".

Xəbər lenti

Xəbər lenti