Azərbaycan, Bakı, 07 may / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) futbol üzrə ölkə kubokunun final oyununun azarkeşləri üçün "Hyundai Auto Azerbaijan" şirkəti ilə birgə layihə hazırlayıb. Bu barədə Trend a AFFA-nın İnformasiya və İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.
Federasiya final matçına azarkeş marağını artırmaq üçün lotoreya oyunu təşkil edərək, fanatlara "Hyundai Accent" avtomobili və "Hyundai Accent"dən televizor və DVD hədiyyə edəcək. Lotoreya oyununun qaydaları haqqında məlumatlar oyunun biletləri üzərində yerləşdiriləcək.
Azərbaycan kuboku uğrunda mayın 24-də keçiriləcək oyunda "Xəzər-Lənkəran" klubu ilə "İnter" qarşılaşacaq.
Final oyunu biletlərinin qiyməti 2 manatdan 5 manata qədərdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]