Azərbaycan, Bakı, 14 may / Trend , müxbir C.Babayeva/ YUNESKO Azərbaycanda peşə təhsilinin inkişafına vəsait ayırıb. Bu barədə jurnalistlərə Bakıda keçirilən YUNESKO -nun savadlılıq problemlərinə həsr olunmuş regional konfransında Azərbaycanın təhsil naziri Misir Mərdanov məlumat verib. Nazir Azərbaycana ayrılmış vəsaitin məbləğini açıqlamayıb.
YUNESKO, Azərbaycan hökuməti və Heydər Əliyev Fondu arasında Azərbaycanda peşə təhsilinin inkişafını nəzərdə tutan layihənin icrası planına dair saziş imzalanıb.
"Layihənin reallaşdırılması üçün nəzərdə tutulmuş vəsait YUNESKO-nun Moskva ofisinə köçürülüb", - deyə nazir qeyd edib.
Mərdanovun sözlərinə görə, gələcəkdə YUNESKO ilə Azərbaycanın təhsil sahəsində yeni layihələr nəzərdə tutulur.
Azərbaycan prezidenti İlham Əliyev ötən ilin iyununda, 2007-2012-ci illər üçün Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının təsdiq olunması ilə bağlı sərəncam imzalayıb.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]