...

Azərbaycanın futbol klubunun baş məşqçisi istefası haqda deyilənləri təkzib edir

Cəmiyyət Materials 15 May 2008 10:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının iştirakçısı olan "Qəbələ" klubunun baş məşqçisi Ramiz Məmmədov istefaya göndərilməsi haqda deyilənləri təkzib edir. "Baş məşqçi vəzifəsindən uzaqlaşdırılmağım haqda deyilənlər yalandır. Bu söz-söhbəti azarkeşlər yayıb", cümə axşamı Trend a Məmmədov deyib.

Məmmədov "Qəbələ"yə bu mövsümün əvvəlindən rəhbərlik edir. Ondan əvvəl komandanın baş məşqçisi Faiq Cabbarov olub.

"Qəbələ" hazırda 35 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alır. Komandanın Avrokubok oyunlarında iştirak etmək üçün heç bir şansı qalmayıb.

Baş məşqçinin dediyinə görə, növbəti mövsümdə də "Qəbələ"yə rəhbərlik etmək niyyətindədir. "Qarşıdakı çempionatda çempion olmaq istəyirik. Bunun üçün komandanı gücləndirə biləcək oyunçularla danışıq aparmağa hazırlaşırıq" - deyə Məmmədov əlavə edib.

Qəbələdə keçirilən "Qəbələ" - "Gənclərbirliyi" oyunundan sonra (2:2) yerli azarkeşlər Məmmədovun istefasını tələb ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti