Azərbaycan, Bakı, 19 may /müx. TrendLife Günel Əhmədova
Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev mayın 25-dən iyunun 2-dək Sankt-Peterburqda keçiriləcək "Musiqi olimpi" Xlll Beynəlxalq Musiqi Festivalında çıxış edəcək. Dirijorun TrendLife-a bildirdiyinə görə,15 ölkədən 20 musiqiçinin qatılacağı tədbirdə Azərbaycanı yalnız Ə.Quliyev təmsil edəcək.
Əyyub Quliyev festivalın açılışında Ermitaj Dövlət Simfonik Orkestrinə dirijorluq edəcəyini deyib. Proqrama A.Petrovun "Vivat Olimpi" üverturası, S.Prokofyevin violonçel və orkestr üçün Simfoniya konserti, F.Marten və L.Şpronun instrumental konsertləri daxildi.
Öyrəndik ki, konsertlər Sankt-Peterburqun Dövlət Filarmoniyasının böyük və kiçik zallarında, M.Qlinka adına Dövlət Kapellasında, Ermitaj Teatrında keçiriləcək. Musiqili proqramlarda Sankt-Peterburq Dövlət Filarmoniyasının Akademik Simfonik orkestri, Dövlət Kapellası və Ermitajın simfonik orkestrləri iştirak edəcəklər.