...

Bəstəkar Hikmət Mirməmmədlinin xatirə gecəsinə hazırlıq görülür

Cəmiyyət Materials 19 May 2008 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 19may /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Düz bir həftə sonra mərhum bəstəka - Əməkdar incəsənət xadimi Hikmət Mirməmmədlinin vəfatının ildönümüdür. Bu haqda TrendLife-a bəstəkarın həyat yoldaşı Nailə Mirməmmədli məlumat verib. "Hikmətin ölümünün qırx günü tamam olmamış biz onun qəbrinin üstünü götürtdük. Söz vermişdim ki, bir il ərzində onun yarımçıq qalmış bütün musiqili layihələrini sona çatdıracağam. Bunu, az da olsa, bacardım. Evimizdə Hikmətin şəkillərindən ibarət maraqlı fotostend yaratdım. Onun silsilə mahnılarına sözlər yazan Rəna Mirzəyeva bu dəfə "Qismətimiz" adlı şeir parçasını Hikmətin ruhuna ithaf etdi. Şeirə mahnı bəstələdim, rejissor Ülviyyə Könül ona ekran həyatı verdi. Hikmətin vəfatının ildönümü ilə əlaqədar bir neçə universitet arasında xor müsabiqəsi keçirildi və "Yaşasın Heydərlə Azərbaycanım" xor əsəri birinci yerə layiq görüldü. Onun fortepiano və səs üçün yazılmış lazımi məlumatlar kitab şəklində dərc olunub. Bundan əlavə, uşaq mahnılarının notları ayrıca bir topluda işıq üzü görəcək".

Nailə xanım sonda bildirib ki, Hikmət Mirməmmədlinin dünyasını dəyişməsinin ildönümü ilə əlaqədar anım mərasimi də keçiriləcək. Mayın 24-də keçiriləcək xatirə gecəsində bəstəkarın yaxınları, dostları iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti