...

Azərbaycan futzalçıları beynəlxalq turnirdə iştirak edəcəklər

Cəmiyyət Materials 20 May 2008 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futzal üzrə yığma komandası Portuqaliyada keçiriləcək beynəlxalq dərəcəli turnirdə iştirak edəcək. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycan Futzal Federasiyasının (AFF) vitse-prezidenti Ənvər Qafarov məlumat verib.

Turnir iyulun 1-dən 7-dək Portuqaliyanın Alqavra şəhərində təşkil olunacaq. Azərbaycanın futzal yığmasını bu turnirə Portuqaliya Futbol Federasiyası dəvət edib.

Beynəlxalq turnirdə altı ölkənin yığma komandalarının iştirakı nəzərdə tutulub.

Azərbaycanın futzal üzrə yığma komandası hazırda baş məşqçisizdir. Komandaya müvəqqəti olaraq AFF-nın rəsmilərindən olan Zaur Axundov rəhbərlik edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti